XƏBƏRLƏR / Münaqişə

İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü keçirilib YENİLƏNİR

Rusiya 30 günlük atəşkəsdən imtina edib və Ukraynadan onun 4 ərazisindən qoşunları çıxarmaq tələbi qoyub

İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü keçirilib YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:10

    Ukrayna nümayəndə heyyətinin rəhbəri müdafiə naziri Rustem Umerov danışıqlardan sonra bildirib ki, Ukrayna və Rusiya nümayəndə heyətləri 1000 nəfər 1000 nəfərə qədər əsir mübadiləsi və atəşkəs məsələsini müzakirə ediblər.

    ***

    16:20

    İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başa çatıb.

    Rusiya 30 günlük atəşkəsdən imtina etdi — Ukrayna mediası

    Ukraynalı deputat Jeleznyak bildirib ki, İstanbulda aparılan danışıqların nəticəsi sıfırdır. Məlumata görə, Rusiya nümayəndə heyəti atəşkəs üçün şərt kimi DXR, LXR, Xerson və Zaporojya vilayətlərindən qoşunların çıxarılmasını tələb edib.

    Rusiya mənbələri isə xəbər verir ki, danışıqlar bitməyim, nümayəndə heyətləri fasilə verib.

    ***

    13:54

    İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başlayıb.

    Görüşdə iştirak etmək üçün Rusiya nümayəndə heyəti Dolmabaxça Sarayına gəlib.

    Hakan Fidanın açılış nitqindən sonra görüşün ikitərəfi formatda davam edəcəyi gözlənilir.