ABŞ və İran anlaşma memorandumu imzaladılar
Sənəd Pezeşkian və Tramp tərəfindən elektron şəkildə imzalanıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai bildirib ki, Tehran və Vaşinqton iki tərəf arasında danışıqlar üçün yol açan anlaşma memorandumu imzalayıblar.
Onun sözlərinə görə, memorandum Pezeşkian və Tramp tərəfindən elektron şəkildə imzalanıb və artıq qüvvəyə minib.
"Memorandum iki ölkə prezidenti tərəfindən imzalandıqdan sonra onu pozmaq daha yüksək qiymətə başa gələcək. Hələlik danışıqlar qruplarının Cenevrədəki iştirakı proqramı qüvvədədir, lakin memorandum rəqəmsal şəkildə imzalanıb və İsveçrədə imzalanma mərasimi keçirilməyəcək", - deyə "Tasnim" Beqainin sözlərini sitat gətirib.
1 dəqiqədən az