XƏBƏRLƏR / Münaqişə

Qəzzada baş verəni partlayışda 500-dən çox insan ölüb

Fələstin səhiyyə orqanları partlayışa görə İsraili, İsrail ordusu isə fələstinli silahlı qruplaşmanı günahlandırıb 

Qəzzada baş verəni partlayışda 500-dən çox insan ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çərşənbə axşamı Qəzza zolağında yerləşən xəstəxanaların birində güclü partlayış baş verib.

    Hadisə nəticəsində 500-ə yaxın fələstinli həlak olub.

    Qəzzada HƏMAS-ın idarə etdiyi hökumətin səhiyyə naziri Mai Alkaila hücuma görə İsraili ittiham edib. Qəzzanın mülki müdafiə rəisi 300 nəfərin, səhiyyə nazirliyinin rəsmisi isə 500 nəfərin öldüyünü bildirib.

    Fələstin səhiyyə orqanları partlayışa görə İsraili, İsrail ordusu isə fələstinli silahlı qruplaşmanı günahlandırıb.

    İsrail hərbçiləri Qəzza şəhərində Əl-Əhli əl-Ərəbi xəstəxanasındakı partlayışa görə məsuliyyəti rədd edib, xəstəxananın İslami Cihad hərbi qruplaşmasının uğursuz raket atışı ilə vurulduğunu açıqlayıb.

    “İsrail ordusunun əməliyyat sistemlərinin təhlili göstərir ki, Qəzzada terrorçular tərəfindən raket zərbələri endirilən zaman Qəzzadakı Əl Əhli xəstəxanasının yaxınlığından keçib”, - deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

    "Əlimizdə olan bir çox mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, İslami Cihad Qəzzada xəstəxanaya uğursuz raket buraxılışına görə məsuliyyət daşıyır", - sözçü əlavə edib.

    İsrailin Baş naziri Binyamin Netanyahu da xəstəxanaya hücumda İsrail hərbçilərinin əli olması ilə bağlı iddiaları rədd edib və bildirib ki, xəstəxanaya barbar terrorçular hücum edib.

     

    “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri yox, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, - Netanyahu qeyd edib.