XƏBƏRLƏR / Münaqişə

Haitidə bir neçə gündür iğtişaşlar davam edir

Yüzlərlə məhbus ən böyük yerli həbsxanadan qaçıb

Haitidə bir neçə gündür iğtişaşlar davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Haitinin paytaxtı Port-o-Prinsdə bir neçə gündür iğtişaşlar davam edir və fövqəladə vəziyyət elan edilib.

    Buna səbəb Baş nazir Ariel Henrinin Keniyadan olan polis kontingentinin banditizmlə mübarizə üçün ölkəyə yerləşdirilməsini koordinasiya etmək niyyəti olub.

    İki ölkə arasında minlərlə Keniya polisinin Haitiyə göndərilməsini nəzərdə tutan saziş martın 2-də imzalanıb. Ertəsi gün yüzlərlə məhbus ən böyük yerli həbsxanadan qaçdı.

    Qanqster qrupları Port-o-Prinsin həyatını faktiki olaraq iflic edib; onların lideri ölkəni “azad etmək” niyyətini bəyan edib. Haitidə Prezident Jovenel Moisə sui-qəsddən sonra 2021-ci ildən bəri cinayətdə görünməmiş artım müşahidə olunub.