Tramp İrana qarşı mövqeyini sərtləşdirib
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər yayıb
"The New York Times" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp potensial müqavilənin şərtlərini sərtləşdirib və Tehrana yenilənmiş versiyasını göndərib.
Nəşrin mənbələri iddia edir ki, Tramp İran aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı müddəalardan, eləcə də İranın Amerika təkliflərinə cavab tempindən narazıdır.
Sazişin yeni, daha "sərt" versiyası danışıqlar prosesini sürətləndirmək və Tehrana əlavə təzyiq göstərmək üçün nəzərdə tutulub.
1 dəqiqədən az