Mən Süleymanini öldürməsəydim, indi bu sövdələşmə olmazdı
ABŞ Prezidenti Tramp Qasım Süleymani haqqında
ABŞ Prezidenti Donald Tramp Evianda (Fransa) keçirilən G7 sammitində çıxışı zamanı Qasım Süleymani haqda danışıb.
Tramp: "Əgər mən general Süleymanini öldürməsəydim, yəqin ki, indi bu (İranla -ANSPress) sövdələşməni müzakirə etməzdik, çünki o, dəli bir dahi idi. Onlar heç vaxt onu əvəz edə bilmədilər".
Xatırladaq ki, 3 yanvar 2020-ci ildə "Əl-Qüds" xüsusi təyinatlı qüvvələr bölməsinin komandanı Qasım Süleymani Prezident Donald Trampın əmri ilə Bağdadda ABŞ-ın hədəfə aldığı hava hücumu nəticəsində öldürülüb.
1 dəqiqədən az