XƏBƏRLƏR / Münaqişə

İran nüvə hüququndan güzəştə getməyəcək

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib

İran nüvə hüququndan güzəştə getməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran uranı zənginləşdirmə hüququndan imtina etməyəcək.

    Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

    O bildirib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan geri çəkilməyəcək.

    Nazir qeyd edib ki, İran İslam Respublikası dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyanı inkişaf etdirməkdə qərarlıdır. O, ölkəsinin bu istiqamətdə istənilən güzəştdən imtina etdiyini vurğulayıb.