XƏBƏRLƏR / Münaqişə

HƏMAS Yəhya Sinvarın öldüyünü etiraf edib YENILƏNIB

İsrail Sinvarın nəşini Əbu Kəbirdəki Məhkəmə Tibb İnstitutundan götürülərək gizli yerə aparılıb

HƏMAS Yəhya Sinvarın öldüyünü etiraf edib YENILƏNIB
Yəhya Sinvar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:00

    Oktyabrın 16-da Rəfahda (Qəzza zolağı) öldürülərək İsrailə aparılan Yəhya Sinvarın cənazəsi oktyabrın 18-nə keçən gecə Əbu Kəbirdəki Məhkəmə Tibb İnstitutundan götürülərək gizli yerə aparılıb. Bu barədə Ynet-dən məlumat verilib.

    Nəşr qeyd edir ki, HƏMAS rəhbərinin cəsədinin gələcəkdə necə utilizasiyası hələlik qərara alınmayıb. Ehtimal olunur ki, o, müvəqqəti dəfn olunacaq. İsrail “bu kozırın” israilli girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak edəcəyi ehtimalını istisna etmir.

    ***

    HƏMAS-ın xaricdəki siyasi lideri Basem Naim hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü etiraf edib.

    Basem Naim

    Bu barədə “The Times Of İsrael” məlumat yayıb.

    O, öz bəyanatında Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı öldürülməsini etiraf edib: “İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa, səhv edir”.

    İsrailin müdafiə naziri Yoav Qallant "X" hesabında yazıb: "Daha bir missiya yerinə yetirildi".