Sankt-Peterburq, Tver və Krımdakı anbarlara hücum edilib
Kirovdakı "Aviatek" hərbi zavoduna da PUA hücumu olub
Rusiyada Sankt-Peterburq, Tver və Krım yaxınlığındakı "Wildberries" anbarlarına dron hücumu edilib.

Cümə günü gecə Rusiyanın “Wildberries” şirkətinin anbarları yenidən Leninqrad vilayətində və Tverdə, eləcə də ilhaq edilmiş Krımda Ukrayna hücumlarına məruz qalıb.

Bundan başqa, Kirovdakı "Aviatek" hərbi zavoduna da PUA hücumu olub. Zavod yanır.
Müəssisə Rusiya aviasiya və raket texnikası üçün koponentlər istehsal edir.
Kirovdakı hərbi zavoda raket zərbəsi nəticəsində altı nəfər həlak olub.
Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovun sözlərinə görə, daha 26 nəfər yaralanıb. O, yanğının artıq söndürüldüyünü əlavə edib.
1 dəqiqədən az