Xalid Meşal HƏMAS-ın müvəqqəti rəhbəri təyin edilib
Bu barədə Livanın LBCI kanalı xəbər yayıb
HƏMAS-ın xaricdəki lideri Xalid Meşal Sinvarın ləğvindən sonra təşkilatın müvəqqəti rəhbəri olub.
Livanın LBCI kanalının məlumatına görə, Meşal Türkiyə, Qətər və Misirlə danışıqlara da cavabdehdir.
Mənbələr təsdiqləyiblər ki, Xalid Meşal hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas tərəflərlə bütün kommunikasiyalara cavabdehdir.
Hal-hazırda Meşal Qətərdə məskunlaşıb.