XƏBƏRLƏR / Münaqişə

Israil "HƏMAS"-ın yeni lideri Yəhya Sinvarı da öldürdü?

İsrail Müdafiə Qüvvələri üç yüksək vəzifəli 'HƏMAS" üzvünü məhv etdiyini bildirir

Israil "HƏMAS"-ın yeni lideri Yəhya Sinvarı da öldürdü?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin xarici işlər naziri İsrael Katz İsrail əsgərlərinin HƏMAS lideri Yəhya Sinvarı öldürdüyünü açıqlayıb.

    ***

    Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində gizləndiyi evə İsrail hərbçiləri tərəfindən zərbələr endirilməsi nəticəsində öldürülüb, Əl Hadath telekanalı iddia edir.

    ***

    İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, HƏMAS-ın Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində üç yüksək vəzifəli HƏMAS üzvü öldürülüb, onlardan biri HƏMAS-ın yeni lideri Yəhya Sinvar ola bilər.

    Hazırda öldürülən şəxsin kimliyini təsdiqləmək mümkün deyil. Terrorçuların məhv edildiyi binada girovlardan əsər-əlamət olmayıb. Ərazidə fəaliyyət göstərən qüvvələr lazımi ehtiyatla əməliyyatlarını davam etdirir. Daha sonra ətraflı məlumat veriləcək.
    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb