Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücum ediblər
Xarici İşlər Nazirliyi məlumat yayıb VİDEO
Azərbaycanın Livandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı 50-yə yaxın erməni əsilli şəxs səfirlik binasının ətrafındakı hasarı aşaraq, boya butulkaları və partlayıcı maddələrlə üz-üzə gəlib. İşçilərdən xəsarət alan olmadığı bildirilir. Hücum edənlər hadisə yerindən qaça biliblər.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, “səfirliyə hücumla bağlı cinayətkarların müəyyən edilərək tutulması məqsədilə Livan Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və müvafiq tədbirlər görülür” (Azərbaycan XİN).