XƏBƏRLƏR / Münaqişə

Fələstin Səhiyyə Nazirliyi: Qəzza zolağında 424 nəfər ölüb

2300-dən çox yaralı var

Fələstin Səhiyyə Nazirliyi: Qəzza zolağında 424 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Fələstinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 424-ə çatıb.

    Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Bu ilin əvvəlindən 676 nəfər, o cümlədən dünəndən indiyədək 424 nəfər öldürülüb”, - deyə nazirliyin Telegram səhifəsində bildirilib.

    Səhiyyə Nazirliyinin bundan əvvəl açıqladığı rəqəmdə 78-i uşaq və 41-i qadın olmaqla 413 fələstinli öldürülmüşdü.

    2300-dən çox yaralı var.

    İsrail-Fələstin qarşıdurmasnın yeni mərhələsi başlayandan 13 çoxmərtəbəli bina tamamilə dağıdılıb.