Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
Həlak olanların əksəriyyəti Donetsk istiqamətində döyüşüb
Ukrayna müharibədə həlak olan daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb. Həlak olan qəhrəmanların əksəriyyəti Donetsk istiqamətində döyüşüb.
Bu barədə Hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahının “Telegram”da yaydığı məlumata istinadla xəbər verir.
Həlak olanların cəsədləri Ukraynanın nəzarət etdiyi əraziyə qaytarılıb. Donets istiqamətində döyüşən 112 müdafiəçinin, Luqansk istiqamətində həlak olan 20 döyüşçünün, Sum istiqamətində - 5, Zaporojye istiqamətində - 2 və Xerson istiqamətində -1 döyüşçünün cəsədi qaytarılıb.
Qeyd olunur ki, həlak olan döyüşçülərin cəsədləri əvvəlcə hüquq-mühafizə orqanlarına və məhkəmə-tibbi ekspertlərə veriləcək. Bu, həlak olanların şəxsiyyətinin müəyyən edilməsi üçün lazımdır.
Hərbçilərin cəsədlərin qaytarılması ilə Hərbi qulluqçularla davranış məsələləri üzrə Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ukrayna Silahlı Qüvvələri, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri məşğul olub.