ABŞ-ın keçirdiyi "Maduro" əməliyyatında 100 nəfər öldürülüb
Bu barədə Venesuela daxili işlər naziri Diosdado Kabello məlumat verib
Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-ın Prezident Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi əməliyyat nəticəsində ölən və yaralananların sayına aydınlıq gətirib.
"Hazırda, mən də deyirəm ki, 100 nəfər ölüb. Və təxminən eyni sayda yaralı var", - deyə o bildirib.
Mülki itkilərin dəqiq sayı açıqlanmayıb. Lakin "The Guardian" qəzetinin məlumatına görə, Venesuela ordusu 23 ölən əsgərin siyahısını dərc etmişdi.
- Xatırladaq ki, ötən həftənin sonlarında ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduronu Karakasda tutaraq ABŞ-a aparıblar. ABŞ hakimiyyəti Maduronu narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edir.
- Maduronun mühafizəsi ilə məşğul olan 36 kubalı xüsusi xidmət əməkdaşı öldürülüb.
- Bəzi mənbələrin verdiyi məlumata görə əməliyyat zamanı 26 Rusiya hərbi mütəxəssisi də də həlak olub.
- ABŞ tərəfinin verdiyi məlumata görə əməliyyat zamanı 3 amerikalı hərbçi yaralanıb.
1 dəqiqə