Fransanın qərbində toqquşmalar olub
Bu barədə Fransa telekanalları məlumat yayıb
Müstəntiqlər iğtişaşçılarla ifrat sağçılar arasında Fransanın qərbindəki Anje kommunasında (Main-et-Luara departamenti) baş verən toqquşmaların şəraitini müəyyənləşdirirlər.
Bu barədə Fransa telekanalları məlumat yayıb.
Qeyd olunub ki, nümayişçilərlə ultrasağçı qrup arasında baş verən toqquşmadan sonra qanunsuz silah saxlama faktı ilə bağlı bir neçə cinayət işi açılıb.
Gecə ərzində kommunada ümumilikdə 11 nəfər saxlanılıb. Fransada qadağan olunmuş ifrat sağçı qrupun nümayəndələri beysbol dəyənəkləri və dəyənəklərlə silahlanıblar.