İran etirazları yatırmaq üçün İraqdan yaraqlılar gətirir
Bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb
İranda etiraz aksiyalarının genişlənməsi fonunda hakimiyyətin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə İraqdan özünə bağlı silahlı qruplaşmaların üzvlərini İrana gətirdiyi bildirilir.
Xarici KİV-lərin İraqdakı mənbələrə istinadən yaydığı məlumatlara görə, “Kətaib Hizbullahı”, “Hərəkət Əlnücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 nəfər İrana keçib.
Məlumatda qeyd olunur ki, bu yaraqlıların köçürülməsi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilir. Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi bildirilir.
Sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki Xameneyi bazasında toplanır, daha sonra isə etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.
1 dəqiqə