XƏBƏRLƏR / Münaqişə

Rusiyanaın Krım yarımadasını işğalı beynəlxalq hüququ pozub

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın Rusiya tərəfindən ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanatında deyilir

Rusiyanaın Krım yarımadasını işğalı beynəlxalq hüququ pozub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Krım yarımadasının Rusiya Federasiyası tərəfindən ilhaqı beynəlxalq hüququn pozulmasıdır.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın Rusiya Federasiyası tərəfindən ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanatında deyilir.

    Sənəddə qeyd edilir ki, Ankara bu vəziyyəti qəbuledilməz hesab edir və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

    “Biz Krımdakı vəziyyəti, xüsusən də yarımadanın yerli Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik və bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyik”, - deyə bəyanatda bildirilir.

    Xatırladaq ki, Krım yarımadasının Rusiya tərəfindən işğalı 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki gün sonra Rusiya Krımın “ilhaqını” elan edən müvafiq “sənəd” imzaladı. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiq edən qətnamə qəbul edib.

    Hazırda Krımın işğalı davam edir, Azərbaycan da daxil olmaqla, onun ilhaqını tanımır.