XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun mövqeləri 6-cı dəfə atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb

Azərbaycan Ordusunun mövqeləri 6-cı dəfə atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.