XƏBƏRLƏR / Münaqişə

İsrail Qəzzada atəşkəsi pozdu, 404 nəfər həlak olub

Bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib YENİLƏNİB

İsrail Qəzzada atəşkəsi pozdu, 404 nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:58

    İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb.

    Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 562 nəfər xəsarət alıb.

    ***

    11:20

    HƏMAS İsrailin Qəzza zolağında döyüşləri bərpa etmək qərarını girovlar üçün "ölüm hökmü" adlandırıb.

    ***

    10:20

    İsrailin HƏMAS ilə iki aylıq kövrək atəşkəsi pozaraq Qəzzaya kütləvi hücumu nəticəsində ən azı 342 fələstinli həlak olub.

    Bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

    Çərşənbə axşamı günü hücum Qəzzanın cənubundakı Xan Yunis və Rəfah, şimalda Qəzza şəhəri və Deyr əl-Bələh kimi mərkəzi bölgələr də daxil olmaqla Qəzzada həyata keçirilib.

    ***

    09:58

    İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçib.

    Bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.


    Məlumata görə, İsrailin bölgəyə endirdiyi aviazərbələr zamanı azı 310 nəfər həlak olub.

    Ölənlərin əksəriyyətinin, yəni 107 nəfərin anklavın cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri olduğu qeyd edilib.