Misir HƏMAS-ı razı sala bilmədi VİDEO
Söhbət yaralı şəxslərin azad edilməsindən gedir
Misir tərəfi HƏMAS nümayəndələrini girov saxlanılan İsrail vətəndaşlarını azad etməyə razı sala bilməyib.
Bu barədə “The Wall Street Journal” adı açıqlanmayan Misir rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət yaralı şəxslərin azad edilməsindən gedir.
İsrail televiziyasının 12-ci kanalı öz mənbəsinə istinadən bildirib ki, Misir və HƏMAS əsirlikdə olan israilli ahıl şəxslərin və uşaqların vətənlərinə qaytarılması üçün danışıqlar aparır.
Bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hecht CNN telekanalına açıqlamasında “onlarla” insanın yaraqlılar tərəfindən girov götürüldüyünü və oğurlananlarla bağlı vəziyyətin “mürəkkəb” olaraq qaldığını bildirib. İsrail ordusunun sözçüsü əlavə edib ki, hərbçilər “ciddi cavab” verəcək və yaraqlılara qarşı mübarizə çərçivəsində “Qəzza zolağının dərinliklərinə” zərbə endirəcəklər.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb. Ölkədə “müharibə vəziyyəti” elan edilib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.