Zorakılıq spiralının davam etməsi region üçün təhlükədir
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətlə bağlı deyib
Kreml Yaxın Şərqdəki vəziyyətlə bağlı həddindən artıq narahatlığından danışıb. RBK-nın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hesab edirik ki, bu vəziyyəti mümkün qədər tez sülh yolu ilə həll etmək lazımdır. Bu cür zorakılıq spiralının davam etməsi, əlbəttə ki, bu münaqişənin daha da genişlənməsi və böyüməsi ilə təhtid yaradır. Bu, region üçün böyük təhlükədir. Biz son dərəcə narahatıq,” - Peskov deyib.