XƏBƏRLƏR / Münaqişə

İsrailin HƏMAS-ın hücum hazırlığından xəbəri olmayıb

"The New York Times" belə yazır

İsrailin HƏMAS-ın hücum hazırlığından xəbəri olmayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail kəşfiyyatının HƏMAS-ın hücuma hazırlaşdığı barədə məlumatı olmayıb.

    Bunu ABŞ və İsrail rəsmiləri "The New York Times"a bildiriblər.

    Onlar bunu kəşfiyyat uğursuzluğu adlandırıblar. Nəşr yazıb ki, HƏMAS İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemini “yatırmağa” nail olub.

    "The New York Times" qeyd edib ki, sistem "ucuz, lakin ölümcül raketlər yağışı" ilə həddən artıq yüklənib. Avadanlıqların "yaşlı" olması da vurğulanıb.