"Ermənistan sülh sazişi layihəsini Azərbaycana göndərib"
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib
Paşinyan: Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verir
Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında sazişin növbəti mərhələsi üzrə işləri başa çatdırıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.
“Bizim təkliflərimiz Azərbaycan tərəfinə göndərilib. Biz sənədi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də göndərmişik”, - Paşinyan bildirib.
Bundan əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, erməni tərəfi sülh sazişinin mətni üzərində işləyir. O qeyd etmişdir ki, "İrəvan üçün əsas məsələ Bakı-Stepanakert dialoqu üçün beynəlxalq mexanizmlərin yaradılması, eləcə də Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün təminatların yaradılmasıdır."