XƏBƏRLƏR / Münaqişə

İsrail "Sumud" donanmasının bütün fəallarını saxlayıb

Türkiyə İsraili həbsdə olan Sumuda Donanması fəallarını dərhal azad etməyə çağırdı YENLƏNİB

İsrail "Sumud" donanmasının bütün fəallarını saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:01

    Türkiyə Müdafiə Nazirliyi İsrailin Qəzza zolağına gedən Sumuda Donanması gəmilərini saxlamasını "piratçılıq aktı" adlandırdı - TRTHaber

    Nazirlik həmçinin İsraili Türkiyə vətəndaşları da daxil olmaqla bütün donanma fəallarını dərhal azad etməyə çağırdı.

    İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına görə, 430 donanma fəalı saxlanılaraq İsrailə təhvil verilib.

    ***

    09:37

    İsrail hökuməti Qəzza zolağı sahillərinə gedən "Sumud" donanmasının bütün gəmilərinin ələ keçirildiyini, ümumilikdə 430 Fələstin tərəfdarı fəalın saxlanıldığını açıqlayıb.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş açıqlamada məlumat verilib.

    "Daha bir piar donanması fəaliyyətini dayandırdı. Bütün 430 fəal İsrail gəmilərinə köçürülüb və İsrailə gedirlər. Orada konsulluq nümayəndələri ilə görüşə biləcəklər", - açıqlamada deyilir.

    XİN İsrailin beynəlxalq hüquqa tam uyğun olaraq hərəkət etməyə davam edəcəyini və Qəzza zolağının qanuni dəniz blokadasının pozulmasına icazə verməyəcəyini iddia edib.