Qəzzada BMT-nin 79 əməkdaşı həlak olub
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi məlumat yayıb

Qəzza zolağında BMT-nin 79 əməkdaşı müharibənin qurbanı olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.
Bildirilir ki, döyüşlərin başlamasından bu yana azı 24 BMT əməkdaşı yaralanıb. Məlumata görə, təkcə son 48 saatda BMT Agentliyinin 5 əməkdaşı həlak olub.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. Minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb.