Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
Qərar əsasən, iqtisadi məsələləri tənzimləmək üçün verilib
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib.
Bu barədə Krım rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, Krım və Sevastopolda regional xarakterli fövqəladə vəziyyət elan edilib.
Qərar əsasən, iqtisadi məsələləri tənzimləmək üçün verilib.
Respublika rəhbəri Sergey Aksyonov bildirib ki, fövqəladə vəziyyətin hüquqi statusu əhalinin dolanışığını dəstəkləyən bütün sektorların sabit fəaliyyəti ilə bağlı məsələlərin ən sürətli həllinə imkan verir.
Qeyd edək ki, regionda bir müddətdir yanacaq böhranı yaşanır. Ukrayna tərəfi Rusiyanın Krım və Sevastopolu yanacaqla təmin etməsinə imkan vermir. Regiona gedən bütün yanacaq təminatı Ukrayna dronlarının hücumuna məruz qalır.
İyunun 21-dən etibarən Krım və Sevastopolda mülki əhaliyə yanacaq satışı dayandırılıb. Əvvəllər yanacaq talonla satılırdı.
1 dəqiqədən az