Cenevrədə Ukrayna-ABŞ-Rusiya danışıqları başa çatıb FOTO
Danışıqların sabah davam etdirilməsi planlaşdırılır
21:58
Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Cenevrədə Ukrayna danışıqları başa çatıb.
Görüş dörd saatdan çox davam edib.
Danışıqların sabah davam etdirilməsi planlaşdırılır.
***
21:16
Fransa, Böyük Britaniya, Almaniya və İtaliya nümayəndələri Cenevrədə Ukrayna ilə bağlı danışıqların yeni mərhələsini müşahidə edirlər.

Bu barədə nəşr öz mənbəyinə istinadən məlumat yayıb. Bundan əlavə, bildirilir ki, bu görüş çərçivəsində bu ölkələrin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tuta bilər.
***
17:08
Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb.
Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.

Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.
***
16:10
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar bu gün günortadan sonra Cenevrədə keçiriləcək.
CNN-in məlumatına görə, xüsusi elçi Vitkoff və Trampın kürəkəni Kuşnerin rəhbərlik etdiyi Amerika danışıqlar qrupu əvvəlcə İranla nüvə proqramı ilə bağlı danışıqlar aparacaq.

Daha sonra, günortadan sonra Vitkoff və Kuşner Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlmiş üçtərəfli danışıqlarda iştirak edəcəklər.
Əvvəllər Ukrayna danışıqlarındakı Amerika nümayəndə heyətinə ABŞ ordusunun katibi Driskoll və Müttəfiq Qüvvələrinin Avropa üzrə Ali Komandanı Qrinkeviçin də daxil olacağı bildirilirdi.
2 dəqiqə