Netanyahu Beyrutun ətraf ərazisinə hücum əmri verdi FOTO
Bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb
İsrail Baş nazirinin Ofisi Livanın paytaxtı Livana zərbə endirilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:
"Baş nazir Netanyahu və Müdafiə naziri Katzın təlimatlarına uyğun olaraq, İsrail Müdafiə Qüvvələri hazırda "Hizbullah"ın İsrail ərazisini atəşə tutmasına cavab olaraq Beyrutun Dahiya məhəlləsindəki terrorçu komandanlıq məntəqələrinə hücum edir".

İsrail aviazərbələri nəticəsində azı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, zərbələr "Hizbullah"ın əsas dayaqlarından hesab olunan ərazidə yerləşən iki yaşayış mənzilini hədəf alıb. İsrail rəsmiləri isə ordunun "Hizbullah"ın qərargahını vurduğunu açıqlayıb.

İsrail rəhbərliyi İsrail Müdafiə Qüvvələrinin Beyrutun hədəflərinə hücumundan əvvəl ABŞ-a mesaj göndərib.
Verilən məlumata görə, ABŞ həssas siyasi-hərbi koordinasiyanın bir hissəsi olaraq həyata keçirilən Beyrutun hücumu barədə əvvəlcədən məlumatlandırılıb və planlaşdırılan hərəkətlər barədə əvvəlcədən xəbərdarlıq alıb.
1 dəqiqə