İsrail İranın göndərdiyi silah-sursatı məhv edir
Hücumlar həm İran, həm də proksi rejimlərin ərazisində həyata keçirilir

İsrail silahlı güvvələri molla rejimin müttəfiq və proksi qüvvələrinə silah-sursat göndərməsinin qarşısını almağa çalışır.
Belə ki, İran limanlarının birində güclü partlayış baş verib. Nəticədə husilər üçün silah daşıyan 16 gəmi məhv edilib - İran mediası xəbər verir.
Bundan başqa, Suriyanın Deyr əz-Zor əyalətində İran rejiminə bağlı Həşdi-Şəəbi qüvvələrinə məxsus 5 yük maşınından ibarət karvan hava zərbəsi ilə hədəfə alındı.
Hava zərbəsi SEPAH-ın Qüds Qüvvələrinə məxsus ağır raketlər daşıyan avtomobil karvanını "Hizbullah"a çatdırılmaq üçün Livana gedən yolda məhv edib.
Amerika mənbələrinin məlumatına görə, bu hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.