Rusların maşın karvanı Laçın yolundan keçdi
Bu dəqiqələrdə sülhməramlılara məxsus 11 avtomobil Laçından Xankəndi istiqamətinə doğru hərəkət edib
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər. Bu dəqiqələrdə sülhməramlılara məxsus 11 avtomobilin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə maneəsiz hərəkət mütəmadi olaraq təmin olunur. Heç bir siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.