Rusiya hərbçiləri Qarabağ ermənilərinə ərzaq payladı FOTO
Bu barədə separatçılara aid olan Telegram kanalları məlumat yayıb
Qarabağdakı Rusiya sülhməramlıları Xocavənd rayonunda yaşayan erməni ailələrinə ərzaq bağlamaları veriblər. Bu barədə separatçılara yaxın olan Telegram kanalları məlumat yayıb. Məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri bu aksiyanı Ermənistanın “Hayer Miatsek” beynəlxalq xeyriyyə təşkilatı ilə birlikdə həyata keçiriblər.
Ümumilikdə sosial vəziyyəti ağır olan 237 ailəyə ərzaq paketinin verildiyi bildirilib.