Rusiya Ukrayna ərazisini "Kinjal" raketləri ilə "şumlayır"
Rusiya ordusu sənaye obyektləri, yaşayış məntəqələri və elektrik avadanlığını hədəf alıb

Rusiya silahlı qüvvələri bu gün səhərdən Ukrayna ərazisindəki müxtəlif obyektlərə "Kinjal" raketləri vasitəsilə aramsız zərbələr endirir.
Raket zərbələrinin nəticələri:
- Xarkov - Rusiya silahlı qüvvələri şəhərin sənaye obyektlərini vurub. Yanğın və tələfat var.
- Zaporojye - raketlər yaşayış məntəqələrini - açıq ərazilərə və evlərə yaxın ərazilərə düşüb. Yaralananlar var;
- Krivoy Roq - ticarət mərkəzi vurulub. Şəhərin bir hissəsi işıqsız qalıb, trolleybus və tramvaylar işləmir.