XƏBƏRLƏR / Münaqişə

İran İsrailə hücumlarını bərpa edib: raketlər atılıb

Bu barədə İsrail mediası xəbər yayıb

İran İsrailə hücumlarını bərpa edib: raketlər atılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:48

    İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti bazar günü axşam bildirib ki, İran İsrail ərazisinə ikinci raket dalğası atıb və ordu təhdidləri dəf edir.

    İsrail mediasının məlumatına görə, İsrail hazırda İranın enerji obyektlərinə hücum etmək üçün ABŞ-dan icazə istəyir.
    ***

    23:23
    İsrail mediasının məlumatına görə, İran İsrailə hücumlarını bərpa edib: raketlər atılıb.

    Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) yaxın saatlarda atəşə tutulma ehtimalı barədə xəbərdarlıq etmişdi. Bundan qısa müddət əvvəl İsrail ordusu Livana hücuma başlayıb.

    IDF indiyə qədər İrandan atılan bütün raketləri zərərsizləşdirib.

    IDF hazırda İsrail Dövlətinə qarşı atılan əlavə raketləri müəyyən edib.

    Hava Müdafiə Sistemi hazırda təhdidləri müəyyən edir və zərərsizləşdirir - İDF-in məlumatında deyilir. 

    Bu arada İran hava məkanını bağlayıb.

    İsrailin milli təhlükəsizlik naziri isə İtamar Ben-Qvir "Tehran bu gecə yanmalıdır" deyə bəyan edib.