XƏBƏRLƏR / Münaqişə

İran ballistik raketlərlə İsrailə hücum edib, ölənlər var

Beerşeba şəhərinə düşən raket yeddimərtəbəli binaya çırpılıb

İran ballistik raketlərlə İsrailə hücum edib, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.

    İsrail kanallarının məlumatına görə, Beerşeba şəhərinə düşən raket yeddimərtəbəli binaya çırpılıb.

    Raketin düşməsi nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

    İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.

    Hücumun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.

    ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsin bir neçə saatdan sonra başlayacağı gözlənilir.