Tramp İranda quru qüvvələrinin istifadəsini istisna etmir
ABŞ prezidenti NBC News-a verdiyi müsahibəni, aparıcını qərəzli olmaqda ittiham edərək, yarımçıq kəsib
ABŞ prezidenti Donald Tramp İranla münaqişədə Amerika quru qüvvələrinin istifadəsini istisna etməsə də, hadisələrin belə bir inkişafına az ehtimal olduğunu bildirib.
"Onlardan istifadə edə bilərik. Bu, ehtimal olunmur, amma düşünürəm ki, (münaqişə - ANSPress) bitənə qədər onları orada saxlayacağıq", - deyə o, NBC News-a verdiyi müsahibədə bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Yaxın Şərqə yerləşdirilən təxminən 50.000 Amerika əsgəri "təhlükədə deyil".
Tramp bir daha ABŞ və İranın razılığa gəlməyə çox yaxın olduğunu bildirib.
"Biz çox yaxınıq. Bir neçə sual qalıb və onlar böyük suallar kimi görünmür. Onlar nüvə silahlarına sahib olmayacaqlarını etiraf ediblər", - deyə Tramp Tehranla razılaşmanın mümkün vaxtı ilə bağlı suala cavab verərkən bildirib.
O qeyd edib ki, İranla mümkün razılaşma İslam Respublikasının dondurulmuş aktivlərinin dərhal azad edilməsini əhatə etmir.
O, bunun "sonradan" olacağını deyib. "Əgər onlar (İran - ANSPress) düzgün davransa, yaxşı iş görsələr, onda bu barədə danışmağa başlayacağıq", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandıraraq aparıcı Kristen Uelkeri qərəzli olmaqda ittiham edib.
1 dəqiqə