Zelenski Britaniya, Fransa və Almaniya liderləri ilə görüşür
Londonda Ukrayna Prezidentini Böyük Britaniyanın Baş naziri Keir Starmer qarşılayıb
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Dauninq Stritə gəliblər, onları Böyük Britaniyanın Baş naziri Keir Starmer qarşılayıb.

BBC xəbər verir ki, liderlər jurnalistlərin suallarına cavab vermədən binaya daxil olub.
Britaniya, Fransa və Almaniya liderləri Zelenski ilə Ağ Evin təklif etdiyi müharibənin sona çatması planı ilə əlaqədar Floridadakı Ukrayna və ABŞ danışıqlarının nəticələrini müzakirə etməyi planlaşdırırlar.
Görüş zamanı Britaniyanın Baş naziri Starmer Ukrayna ilə bağlı qərarların ölkənin özü tərəfindən verildiyini vurğuladı və danışıqları "sülh uğrunda mübarizədə kritik mərhələ" adlandırdı. Zelenski görüşü təşkil etdikləri üçün müttəfiqlərinə təşəkkür etdi və "vacib qərarlar" qəbul etməkdə Avropa, Ukrayna və ABŞ arasında birliyin vacibliyini qeyd etdi.
Fransa Prezidenti Makron Rusiya iqtisadiyyatının sanksiyaların təsirini hiss etməyə başladığını və Avropanın Ukraynanı dəstəkləmək üçün "əlindən gələni etdiyini" bildirdi. Almaniya kansleri Merz Ukraynanın taleyinin Avropanın taleyi olduğunu vurğuladı və ABŞ-dan gələn sənədlərin bəzi detallarına ehtiyatla yanaşdığını bildirdi.
1 dəqiqə