XƏBƏRLƏR / Münaqişə

SEPAH Hörmüz boğazını keçmək istəyən 3 tankeri geri qaytarıb

Bu barədə "Al Jazeera" məlumat yayıb

SEPAH Hörmüz boğazını keçmək istəyən 3 tankeri geri qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hörmüz boğazını keçməyə çalışan ən azı üç xarici neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra geri qayıdıb.

    Bu barədə "Al Jazeera" İran dövlət televiziyasına istinadən məlumat yayıb.

    SEPAH bəyanat yayaraq bildirib ki, gəmilər İran və ya Oman ərazi sularından keçərsə, İran hakimiyyəti ilə tam koordinasiyada olmalıdırlar.