İsraillə sülh münasibətləri qurulmasının şərtləri
Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam sammitinin qərarında deyilir

Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt - Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.
Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam sammitinin qərarında deyilir.
“İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, - sammitin qərarında deyilir.