XƏBƏRLƏR / Münaqişə

İsrail İranın Natanzdakı nüvə obyektini vurdu

Bu barədə İsrailin Baş naziri Netanyahu bildirib

İsrail İranın Natanzdakı nüvə obyektini vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Al Masirah” telekanalı xəbər verir ki, İsrailin zərbəsi Natanz, Xorramabad və Həmədan şəhərlərini hədəf alıb.
    İsrailin Baş naziri Netanyahu bildirib ki, İsrail Natanzdakı “İranın əsas zənginləşdirmə obyektini” vurub.

    Netanyahu: "Biz İsrail tarixinin həlledici məqamdayıq.

    Bu əməliyyat İranın nüvə infrastrukturuna, ballistik raket zavodlarına və hərbi imkanlarına zərər verəcək."

    Şahidlər də "Reuters" agentliyinə İranın Natanz nüvə obyekti yaxınlığında silsilə partlayışlar eşitdiklərini təsdiqləyiblər.

    Obyektdə uranın zənginləşdirilməsi üçün sentrifuqalar quraşdırılıb. AES-in yeraltı hissəsi təxminən 8 metr qalınlığında beton tonozla qorunur və 50 metrə qədər dərinlikdə yerləşir.

    Tərkibində nüvə yanacağı olan reaktorların və ya sentrifuqaların zədələndiyi hələlik məlum deyil.