XƏBƏRLƏR / Münaqişə

“İranın Baş qərargah və SEPAH rəisi sıradan çıxarılıb”

Bu barədə İsrail mətbuatı yazır

“İranın Baş qərargah və SEPAH rəisi sıradan çıxarılıb”
Məhəmməd Baqiri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Ynet" xəbər verir ki, İranın hərbi rəhbərliyi, o cümlədən ölkənin Baş Qərargah rəisi İsrailin zərbələri nəticəsində sıradan çıxarılıb. Hava hücumu nəticəsində Məhəmməd Baqirinin öldürüldüyü iddia edilir.

    SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami

    İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami, ilkin məlumata görə, İsrailin İrana hücumu nəticəsində həlak olub, İran dövlət televiziyası bildirib.

    Bundan əlavə, ilkin olaraq İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbərinin ölüm xəbəri yayılıb.