Putin Zelenskinin xəbərdarlığına "dövlət terrorizmi" dedi
Bu barədə RBK agentliyi məlumat yayıb
Vladimir Putin Ukrayna dronlarının Rusiya hava məkanını mülki aviasiya üçün təhlükəli hala gətirə biləcəyi barədə Volodimir Zelenskinin açıqlamalarını "dövlət terrorizmi" adlandırıb.
Rusiya Prezidenti Moskvanın heç bir mümkün hərəkəti cavabsız qoymayacağını bildirib.
"Əgər Allah eləməsin, bu faciələr baş verərsə, biz cavab verməyin yolunu tapacağıq. Buna heç kimin şübhəsi olmasın", - deyə Putin bildirib.
1 dəqiqədən az