XƏBƏRLƏR / Münaqişə

Hörmüz boğazı yaxınlığında iki tanker minaya düşüb

Bu barədə SEPAH məlumat yayıb

Hörmüz boğazı yaxınlığında iki tanker minaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH-ın məlumatına görə, iki tanker Hörmüz boğazı yaxınlığında minaya düşüb

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında icazəsiz marşrutdan keçməyə çalışan iki neft tankerinin dəniz minalarına düşdüyünü və yanğın baş verdiyini açıqlayıb.

    SEPAH gəmiçilik şirkətlərini ABŞ-ın təlimatlarına əməl edən və Tehran tərəfindən qanunsuz elan edilən marşrutlardan istifadə edən gəmilərə qarşı daha sərt tədbirlər barədə xəbərdar edib.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini bəyan etmişdi.