Rusiya işğalçıları Gürcüstan vətəndaşını güllələyiblər
Hadisə ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyanatla çıxış edib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Gürcüstan vətəndaşı Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.
“2023-cü il noyabrın 6-da işğal olunmuş ərazinin Qori bələdiyyəsinin Kirbeli kəndi yaxınlığında Rusiya işğalçı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində yerli sakini Tamaz Qinturi qanunsuz olaraq saxlamaq cəhdi zamanı güllələnib, bir vətəndaş Levan Datiaşvili isə qanunsuz həbs edilib.
Hadisə ilə əlaqədar Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyanatla çıxış edib. Bəyanatda deyilir: Qori bələdiyyəsinin Kirbəli kəndi yaxınlığında Rusiyanın işğal etdiyi ərazidə ağır cinayyət baş verib - Gürcüstan vətəndaşı qanunsuz həbs etmək cəhdi zamanı Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin odlu silahdan açdığı atəş nəticəsində həlak olub.
Biz beynəlxalq ictimaiyyəti baş verənlərə müvafiq qiymət verməyə və reaksiya verməyə, eləcə də işğalçı rejimin nümayəndələrini günahkarın müəyyən edilərək cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”, - deyə baş nazirin bəyanatında deyilir.