Moldova bütün təyyarələr üçün hava məkanını bağlayıb
Ehtimal olunan səbəb Rusiya pilotsuz təyyarəsidir YENİLƏNİB
17:00
Moldova hava məkanı üç saatdan çox bağlandıqdan sonra yenidən açılıb
***
Moldova hava məkanını bağlayıb: Ehtimallı səbəb Rusiya pilotsuz təyyarəsidir
Moldova fevralın 14-də hava məkanını bağlayıb. Ehtimal olunan səbəb Rusiya pilotsuz təyyarəsidir. O, Kişinyov şəhərinin səmasında diqqət çəkib.
Xatırladaq ki, ərəfədə Moldova prezidenti Maya Sandu, Ukrayna kəşfiyyatına istinadən, Rusiyanın ölkədə dövlət çevrilişi etmək planları haqda danışmışdı.