XƏBƏRLƏR / Münaqişə

Hormuz boğazında nələr baş verir

İran və Qərb mətbuatı boğazdaki vəziyyət haqda yazırlar

Hormuz boğazında nələr baş verir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • - SEPAH Çin və Hindistan bayrağı altında üzən tankerləri maneəsiz buraxır.

    - İran, neftin qiyməti yuanla ödənilməsi şərti ilə Çinlə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyi düşünür.

    - Bu, Pekinə iqtisadi təsirini azalda bilər və eyni zamanda Qərb ölkələrinə təzyiqi artıra bilər.

    - Mənbələrə görə, boğazdan gəmilərin hərəkəti 97%-ə qədər azalıb. Bəzi gəmilər artıq hücumdan qaçmaq üçün özlərini Çinli kimi gizlətməyə çalışaraq transponder siqnallarını dəyişdirirlər.

    - "Hörmüz boğazı bağlanmayıb."Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün brifinqdə deyib. O bildirib ki, İran ordusu boğazda gediş-gəlişə nəzarət edir. Bəqayi qeyd edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri koordinasiyalı şəkildə və İran silahlı qüvvələrinin icazəsi ilə Hörmüz boğazından keçə bilib.