Pakistan Kabilə hava hücumları həyata keçirib
Bu barədə Əfqanistan nənbələri xəbər verir FOTO
Yerli mənbələrin verdiyi məlumata görə, Pakistan qüvvələri Əfqanıstanda, o cümlədən Kabildə hava hücumları həyata keçirib.
▪️ Onların məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Əfqanıstan paytaxtının mərkəzi rayonlarındakı hədəflərə hücum edib. Darulaman, Arzan Qimat və Xayrxana rayonlarında, eləcə də Kabil Beynəlxalq Hava Limanının yaxınlığında partlayışlar və atışmalar qeydə alınıb.

▪️ Əfqanıstan Müdafiə Nazirliyi zərbələri təsdiqləyib. İlkin məlumata görə, müdafiə nazirliyi binasının yaxınlığındakı Taliban silah və sursat anbarları hədəfə alınmış ola bilər.
▪️ Kabil sakinləri iddia edirlər ki, bombardman intensivliyi iki ölkə arasında gərginliyin başlamasından bəri ən yüksəkdir.

▪️ Nanqarhar əyalətində də ayrı-ayrı zərbələr qeydə alınıb. Jurnalistlər partlayışların gücünün o qədər böyük olduğunu və Pakistanın sərhəd bölgələrində titrəmələrin hiss olunduğunu bildirirlər.
▪️ Təsdiqlənməmiş məlumatlara görə, əməliyyat zamanı yüksək güclü idarə olunan bombalardan istifadə edilmiş ola bilər.
1 dəqiqə