XƏBƏRLƏR / Münaqişə

İrandakı etirazlarda 11 minə yaxın sakin həbs olunub

Bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib

İrandakı etirazlarda 11 minə yaxın sakin həbs olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikası rejimi tərəfindən əsas hüquqlarını tələb etdiklərinə görə 10 600-dən çox iranlı həbs olunub.

    Bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib.

    Qeyd edilib ki, yanvarın 14-də edam hökmünün icrası nəzərdə tutulan 26 yaşlı Erfan Soltani də həmin şəxslər arasındadır.

    “Bu dəfə İslam Respublikası rejimi hətta ona 10 dəqiqəlik saxta məhkəməni də rəva görməyib. Soltani heç bir qanuni proses və ya vəkil olmadan edama məhkum edilib. Amma o sonuncu olmayacaq. Etirazçılara qarşı rəsmi olaraq edam dalğaları başlayıb. Dünya İslam Respublikası rejiminin cinayət əməlləri qarşısında susmamalıdır”, - Dövlət Departamentinin məlumatında deyilir.