İsraildə ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi xəbər verir
Azərbaycanın İsraildəki səfirliyi Israil-Fələstin savaşı ilə bağlı bəyanat yayıb.
Azərbaycanın İsraildəki səfirliyindən verilən məlumata görə, İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
“İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlikdə bildiriblər ki, “təxliyyə üçün müraciətlər çox azdır və istəyənlərin adi reyslərlə yola düşmək imkanı var”.