XİN vəziyyətin təcili olaraq deeskalasiyasına çağırır
Bu İsrail-Fələstin münaqişə zonası barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib
Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib.
“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - deyə paylaşımda qeyd olunub.